"Ərim səni sevsin" - TANINMIŞ MÜĞƏNNİNİN HƏYAT YOLDAŞI - VİDEO
    • 6-01-2020, 13:54
    • 884

"Ərim səni sevsin" - TANINMIŞ MÜĞƏNNİNİN HƏYAT YOLDAŞI - VİDEO

ARB TV-də yayımlanan "Söhbət var" proqramının növbəti qonağı Əməkdar artist Mətanət İsgəndərli olub.

News24.az xəbər verir ki, sənətçi müğənni Səyyad Əlizadənin həyat yoldaşı haqda gözlənilməz etiraflar edib: "Bildiyiniz kimi illər öncə Səyyad Əlizadə ilə duet oxuyurdum. Biz onunla bacı-qardaş kimiyik. Onun həyat yoldaşı deyirdi ki, Səyyadı bütün müğənnilərə qısqanaram, bircə sənə yox. Hətta bir dəfə dedi ki, Səyyad səni sevsin. Heç qısqanmaram. Mən bu sözü eşidib şok oldum. Bir qadın öz yoldaşını necə başqa xanımla bölə bilər?! O arxayın idi. Onun qəlbində mənə qarşı böyük məhəbbət var idi".

Sevda Bayramova