Qarabağda ermənilərin törətdiyi ekoloji terror cəzasız qalmayacaq
    • 15-07-2021, 17:25
    • 584

Qarabağda ermənilərin törətdiyi ekoloji terror cəzasız qalmayacaq

"Qarabağda Ermənistan tərəfindən törədilən ekoloji terrorla bağlı hazırda ekoloji qiymətləndirmə işləri gedir, daha sonra müvafiq beynəlxalq platformalarda Ermənistanın cəzalandırılması üçün iddialar qaldırılacaq. Belə həssas dönəmdə bütün ekofəallar diqqətli olsunlar və ağac kəsintisi ilə bağlı məsələlərin erməni mediasının və bəzi ermənipərəst beynəlxalq mətbuatın gündəminə gətirilməsinə rəvac verməsinlər".

News24.az xəbər verir ki, bunu bu gün ADA Universitetində DANMA-nın təşkilatçılığı ilə Meşələrin mühafizəsi və davamlı inkişafı mövzusunda keçirilən debatda İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova bildirib.

O qeyd edib ki, ümumiyyətlə bəzən xırda hesab olunan neqativ məlumatların xarici mediaya çıxarılması Azərbaycanın milli maraqlarına, Ermənistanın Qarabağda insanlığa və  təbiətə qarşı törətdiyi ekoloji terrorun beynəlxalq müstəvidə ifşa olunmasına maneə yaradar.