-
- 16-11-2020, 10:30
- 797
Ombudsman Ermənistanın Kəlbəcərdəki ekoloji terroru ilə bağlı beynəlxalq qurumlara müraciət edib
Ombudsman Aparatı ermənilərin Kəlbəcər rayonunda törətdikləri son cinayətlərlə bağlı açıqlama yayıb.
Aparatdan News24.az-a bildirlib ki, təcavüzkar Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla və yandırmaqla işğal altında saxladığı ərazilərdə ekoloji terroru davam etdirir.
"Bu regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.
Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edib", - Ombudsman Aparatından bildirilib.