"Delta" ştammına yoluxanlarda hansı əlamətlər olur? - Video
    • 16-07-2021, 12:32
    • 582

"Delta" ştammına yoluxanlarda hansı əlamətlər olur? - Video

"Delta ştammına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir”.

News24.az xəbər verir ki, bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, "Delta” ştammına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

"Əgər 100 min adam koronavirusa yoluxubsa, onların hamısında "Delta” ştammının olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur.
Çünki bu ştamm ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində "Delta” ştammıdır. Bu ştamma qat-qat yumşalmış vəziyyətdə rast gəlinir.

Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır.

Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də olur və xəstəliyin özünü büruzə vermək müddəti iki dəfə qısalıb.

Əgər adi koronavirusa yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştamm 3-5 gün ərzində özünü göstərir və yeddi dəfə daha sürətli yayılır.

Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sual altındadır”.