Serialdakı sevgiləri real oldu
    • 8-11-2018, 19:00
    • 766

Serialdakı sevgiləri real oldu

Az müddət əvvəl erkən finala çıxan "Bir deli rüzgar" serialının baş rol aktyorları Pınar Deniz və Berk Cankat İstanbulda bir ticarət mərkəzində bərabər görünüblər.

Onların bərabər eyni məkanda olmaları Türkiyə maqazinçilərinin diqqətini çəkib. Kameralara tuş gələn ikiliyə ünvanlanan "aranızda eşqmi var?" sualı aktyorları çaşdırıb. Onlar suala cavab verməyərək maqazinçilərə "çox çəkməyin, utanırıq" - deyərək, məkandan uzaqlaşıblar. Amma cütlüyün yaxınları Türkiyə mətbuatına onların eşq yaşadıqlarını sızdırıblar.

News24.Az