-
- 17-07-2021, 16:34
- 593
Göygöldə hərbçiləri daşıyan avtomobil aşdı: Yaralılar var
Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun News24.az-a verdiyi məlumata görə, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.
Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN rəsmisi vurğulayıb.
Faktla bağlı araşdırma aparılır.