“Patı” satarkən tutulan prokuror oğlu deyil - Baş Prokurorluq
    • 19-07-2021, 13:53
    • 360

“Patı” satarkən tutulan prokuror oğlu deyil - Baş Prokurorluq

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Quba rayon prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib:"Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".