SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM
    • 19-07-2021, 14:23
    • 920

SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

News24.az xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər iki Sərəncam imzalandığı gündən qüvvəyə minir.