Xalq artistinin oğlu xərçəngə tutuldu
    • 22-07-2021, 15:11
    • 555

Xalq artistinin oğlu xərçəngə tutuldu

Mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov böyrək çatışmazlığından və ağ ciyər xərçəngindən əziyyət çəkir.

M. Zeynalov 6 ildir dializə getdiyini açıqlayıb. “İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Yeni müyainələrdə isə ağ ciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur. Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə 1000 manatdır", - M.Zeynalov bildirib.

O, maddi sıxıntı yaşadığını, yardıma ehtiyacı olduğunu vurğulayıb. /Kult.az/