Prezident Naftalan Mərkəzi Sanatoriyasının açılışında
    • 22-07-2021, 16:55
    • 373

Prezident Naftalan Mərkəzi Sanatoriyasının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.

News24.az xəbər verir ki, dövlətimizin başçısına sanatoriya haqqında məlumat verilib.

Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.