Sumqayıtda "Nizami" kinoteatrının yeni binası və Muğam Mərkəzi İSTİFADƏYƏ VERİLİB
    • 21-11-2019, 15:33
    • 851

Sumqayıtda "Nizami" kinoteatrının yeni binası və Muğam Mərkəzi İSTİFADƏYƏ VERİLİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

News24.az xəbər verir ki, Sumqayıtda Muğam Mərkəzi də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra Mərkəzin açılışında iştirak edib.

Dövlət başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.