News24.az-ın redaktoru MEDİA-nın müsabiqəsində qalib olub
    • 22-07-2021, 20:47
    • 439

News24.az-ın redaktoru MEDİA-nın müsabiqəsində qalib olub

Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqlayıb.

News24.az xəbər verir ki, qaliblər aşağıdakı kimi müəyyənləşib:

“Ən yaxşı reportaj” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı bədii publisistika” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı müsahibə” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı idman reportajı və ya təhlili” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı köşə yazısı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı jurnalist” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı oçerk” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı iqtisadi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı sosial reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı mədəniyyət reportajı” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı idman reportajı” nominasiyası üzrə 2 nəfər qalib olub.

Qeyd edək ki, qaliblər arasında News24.az-ın redaktoru
Rəna Hacılı da var. O, "Ən yaxşı müsahibə" nominasiyasında qalib gəlib.