-
- 23-07-2021, 16:28
- 466
Azərbaycanda 8197 cinayət işinin istintaqı tamamlanıb - Yeniləndi - 4
Xəbər verildiyi kimi, iyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.
News24.az xəbər verir ki, Müşavirədə qeyd edilmişdir ki, 2021-ci ilin birinci yarımilində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsi tərəfindən 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.
****
15:56

News24.az xəbər verir ki, müşavirədə prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,2 faizinin, yəni 41 milyon 72 min manat hissəsinin ödənilməsinə nail olunub.
Həmçinin, bildirilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilib.
Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci ilin birinci yarımili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 44 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur.
****
15:02

News24.az-ın məlumatına görə, qeyd edilib ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Əlavə olaraq bildirilmişdir ki, həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olub.
****
14:44

News24.az xəbər verir ki, əməliyyat müşavirəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq tədbirlərinin davam etdirildiyi vurğulanmış, toplanmış sübutlarla təqsiri müəyyən edilmiş şəxslərin beynəlxalq və ölkədaxili mexanizmlərdən istifadə olunmaqla məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlərin icrasının davam etdirildiyi diqqətə çatdırılıb.
Müşavirədə, həmçinin, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilib.
****
14:40
İyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə 2021-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə məruzələr dinlənilmiş və ətraflı müzakirələr aparılıb.
Qeyd edilib ki, ölkə üzrə cəmi 8197 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 671-i prokurorluq orqanlarında istintaq edilib.
Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.