Ənvər Əfəndiyev Quru Qoşunlarının komandanı təyin edildi
    • 23-07-2021, 18:55
    • 954

Ənvər Əfəndiyev Quru Qoşunlarının komandanı təyin edildi

General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı təyin edilib.

News24.az məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Ə.Əfəndiyev Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.