Tanınmış idmançımız dünya çempionatında erməni ilə güləşəcək- VİDEO
    • 10-11-2018, 10:00
    • 1 011

Tanınmış idmançımız dünya çempionatında erməni ilə güləşəcək- VİDEO

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günün püşkü atılıb.

Mehman Xəlilov (57 kq) meksikalı Rikardo Alkantara ilə, Abdulla Abdullayev (74 kq) almaniyalı Yanik Ventsellə mübarizə aparacaq.

Döyüş sambosunda isə tanınmış idmançımız Bəxtiyar Abbasov (82 kq) ilk görüşündə erməni Davit Petrosyanla qarşılaşacaq.

Qeyd edək ki, Bəxtiyar Abbasov üç il əvvəl Moskvada keçirilmiş Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda bürünc medal qazanmışdı. O, çıxış etdiyi 90 kq çəki dərəcəsində çempion olmuş Aşot Danielyana görə səslənən Ermənistan himninə etiraz əlaməti olaraq çöməlmişdi.

//Oxu.az