Ceyhun Səfərov “Azəriqaz”dan getdi
    • 26-07-2021, 19:26
    • 434

Ceyhun Səfərov “Azəriqaz”dan getdi

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.

Bu barədə News24.az-a İB-dən məlumat verilib.

Bildirilib ki, C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə tətbiq olunacaq.


Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilmişdi.