Məşhur türk cütlük: "Yenidənmi boşanaq?"
    • 10-11-2018, 12:32
    • 1 030

Məşhur türk cütlük: "Yenidənmi boşanaq?"

Çağla Şıkel və Emre Altuğ 7 illik evlliliklərini oğulları Uzay və Kuzeyə baxmayaraq, 2015-ci ildə bitirmişdilər.

Cütlük boşansa da dost olaraq münasibətlərini davam etdirirdilər. Lakin bu günlərdə küsdükləri xəbəri yayıldı. Deyilənlərə görə aylıq qazancı 200 min TL olan Çağla eks-ərinin maddi durumunun zəifləməsindən dolayı aralarına məsafə qoyub. Şayəni eşidən Şıkel sosial media hesabından Emreyə "Bundan bizim xəbərimiz varmı Emre?" sualını ünvanlayıb. Emre də cavabında "Xeyir. Nə istəyirlər? Yenidənmi boşanaq?" cavabını verib.

News24.Az