-
- 28-07-2021, 11:16
- 621
Torpaq sahəsini özbaşına zəbt edən şəxslə bağlı cinayət işi açıldı
Sabirabad rayonu, Qəzli kənd sakini Məmmədov Şaiq Atabala oğlunun həmkəndlisinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etməklə ümumi yolu bağlaması barədə rayon Prokurorluğuna müraciəti daxil olub.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Müraciətin rayon Prokurorluğu tərəfindən nəzarətə götürülməklə Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və nəticədə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib.
Prokurorluğa müraciət edərək məmnun qalan Qəzli kənd sakini Şaiq Məmmədov isə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.