-
- 29-07-2021, 16:17
- 417
Azərbaycanda deputat sərxoş olub polisə hücum etdi
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.
Məlumata görə, hadisə dünən Nabranda baş verib.
Belə ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkərək ona xəsarət yetirib.
Hazırda polis əməkdaşı işə çıxmır.
Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər. /Bakupost.az/,