Telman İsmayılovun məşhur hoteli icarəyə verildi - ALICI TAPILMADI
    • 12-11-2018, 10:23
    • 870

Telman İsmayılovun məşhur hoteli icarəyə verildi - ALICI TAPILMADI

Azərbaycanlı iş adamı, AST şirkətinin qurucusu kimi tanınan Telman İsmayılovun Türkiyənin Antalya şəhərindəki dünyaca məşhur “Mardan Palas” hoteli icarəyə verilib.

Külli miqdarda borc səbəbilə “Xalqbank”a verilən hotel bir neçə dəfə satışa çıxarılıb, lakin ona alıcı tapılmayıb.

Bu səbəbdən “Mardan Palas” “Titanik Hotels” qrupuna icarəyə verilib. Qrupun idarə heyətinin sədri Məhəmməd Aygün verdiyi açıqlamada uzun müddətdir davam edən bazarlığın tamamlandığını və hotelin növbəti mövsümdən etibarən fəaliyyətə başlayacağını deyib.

Qeyd edək ki, Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən “Mardan Palas” hoteli 2009-cu ildə müştərilərin xidmətinə verilmişdi. Hotelin açılışına Şeron Ston, Riçard Ger, Paris Hilton və Monika Belluci kimi Hollivud ulduzları qatılmışdı.

//Publika.az