Tolik: "İradə Mehri əkizlər qədər statuslu müğənni deyil"
    • 12-11-2018, 11:55
    • 3 586

Tolik: "İradə Mehri əkizlər qədər statuslu müğənni deyil"

Aparıcı-prodüser Tolik həmişəki kimi aparıcısı olduğu proqramda gözlənilməz açıqlamalar verməyə davam edir...

Tolik bu dəfə İradə Mehriyə söz atdı.
Səkkiz aydır küsülü olduğu əkizlərlə barışan Tolik bacıları son günlər gündəmdə saxlayan Dj Roşka ilə ərsəyə gətirdikləri mashup2-yə istinadən İradə Mehri haqda bunları deyib: "Əkizlər o mashup-da bir neçə müğənninin mahnısını oxuyub. Bunun nəyi pisdir ki? Bu da uğurdur. Heç kim narazılıq etmədi, amma İradə Mehri narazılıq etdi. İradə bacılar qədər statusu yüksək olan müğənni deyil. Düzdü, yaxşı qızdır, sevənləri də var. Amma əkizlər qədər tanınmır. Ona görə də nahaq narazılıq edib, umub ki, ondan icazə almalı idilər. Elə bil mahnını Cenifer Lopez, ya da başqa tanınmış dünya ulduzu oxuyub. İradə əkizlər qədər statuslu olmadığı üçün sevinməlidir ki, onun mahnısını da mashup-a daxil edib, oxuyublar"...

News24.Az