İradə Mehri "Gilavar"ın cavabını verdi
    • 11-01-2019, 18:14
    • 2 471

İradə Mehri "Gilavar"ın cavabını verdi

Xəbər verdiyimiz kimi, “Gilavar” qrupunun üzvləri yeni layihələri üçün müğənni İradə Mehriyə müraciət ediblər.

Ancaq iddialarına görə müğənnidən rədd cavabı alıblar. Sözlərini yerə salan İradə Mehri onları yaxşı tanıdığı və sənətlərinə bələd olduğu halda, hətta cavab olaraq qrup üzvlərini yarıprofessional adlandırıb.

“Gilavar”ın iddiasına cavab olaraq News24.az-a danışan müğənni deyilənləri qəbul etməyib:

“Əslində, son vaxtlar duet oxumamaq qərarına gəlmişəm. Yəni, fərqi yoxdur, bu qruprdur, ya hansısa ifaçı. “Gilavar” qrupunun açıqlamasını izlədim. Yaxşı insan və müğənnidirlər.  Onlara dəyər verirəm.

Amma təkliflərini rədd etməyimə gəlincə, əvvəla özləri şəxsən mənə müraciət etməyiblər. Yəqin kiminsə vasitəsilə fikirlərini mənə çatdırıblar. Mən də həmin vaxt ola bilər ki, əsəbi olmuşam və “yox” demişəm.

Müğənniyəm və məni  xalq tanıyır. Ayıb olar kiminsə haqqında nahaq danışım və ya tanımıram deyim. “Gilavar” qrupu deyəndə hər kəs tanıyır. Mən onlardan özümə qarşı nə isə pis əməl görməmişəm. Çox peşəkar uşaqlardır”.

Teymur MƏMMƏDOV