Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadıldı
    • 3-08-2021, 10:30
    • 264

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadıldı

Bu ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust saat 23:59-dək davam edəcək.