Məhkəmə Bakıda keçirilən dini tədbirlə bağlı qərar verdi
    • 12-11-2018, 11:55
    • 784

Məhkəmə Bakıda keçirilən dini tədbirlə bağlı qərar verdi

07 fevral 2018-ci il tarixdə veteninfo.az saytında "Cihadistlərin dini təmayüllü qeyri hökümət təşkilatı vasitəsilə yeni planları” başlığı altında məqalə dərc olunmuşdur.

Belə ki məqalənin əvvəlində "İslam sülh və əminamanlıq dinidir” mövzusunda keçirilmiş seminardan çəkilmiş fotoşəkildə əks olunan iddiaçı Rəcəbov Adill Məmməd oğlu, Səfərbəyov Səfərbəy Ziyautdinoviç, Muradlı Rəhim Pirzadə oğlu, Ağakişiyev Muxtar Əli oğlu və Məmmədov Ağali oğlu barəsində məlumatlar dərc olunmuşdur. Bununla baglı Səbail rayon məhkəməsində həmin şəxslərin iddiası ilə məhkəmə prosesi baş tutmuş və məhkəmə məlumatların təkzib edilməsi ilə baglı 26 sentyabr 2018-ci ildə qətnamə cıxarmışdır.

Bildirik ki, məhkəmə prosesində həmin şəxlsərdən bəziləri və vəkili ilə söhbətlər apardıqdan sonra redaksiya olaraq bu sahədə araşdırma apardıq.
 
Araşdırmamızla müəyyən etdik ki, əslində adları çəkilən səxslər vətəninə, dövlətinə sadiq adamlar olmaqla daim gənclər arasında vətənə sevginin aşılanması, radikalizmdən uzaqlaşmaq, islam dininin gözəl əxlaqdini olması və bu kimi istiqamətlərdə daim təbligat aparmış, bu sahədə dövlət orqanları tərəfindən keçirilən tədbirlərdə iştirak etmişlər. Bu araşdırma nəticəsinə məlum oldu ki, redaksiyamıza əvvəllər onların barəsində göndərilən məlumatlar həqiqətə uygun olmamış, böhtan və sər xarakteri daşımış və göndərən şəxsinqərəzli və ədalətsiz olması açıq aşkardır.

Ümid edirik ki, bundan sonra müstəqil və peşəkar arasdırma aparılması istiqamətində bu şəxslərin əməyindən istifadə doğru seçim olacaqdır.

//Veteninfo.az