Gəncə sakinində narkotik və silah aşkarlandı - Foto
    • 4-08-2021, 10:53
    • 264

Gəncə sakinində narkotik və silah aşkarlandı - Foto

Gəncə şəhər sakini İlham Cəfərovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə,   baxış zamanı oradan 66 ədəd ümumi çəkisi 4 kq 510 qram çətənə kolu və 0.690 qram qurudulmuş marixuana aşkar olunub.


Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İ. Cəfərovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 3 ədəd həmin avtomata məxsus daraq, 1 ədəd susturucu və 1088 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.