Tural-Toğrul qardaşları plagiat, bayağılıq və Şəbnəm Tovuzlu haqqında  - VİDEO
    • 20-11-2018, 10:57
    • 1 629

Tural-Toğrul qardaşları plagiat, bayağılıq və Şəbnəm Tovuzlu haqqında - VİDEO

Tural-Toğrul qardaşıları "Son qərar" adlı yeni mahnılarını təqdim ediblər.

Mahnının sözü və musiqisi qardaşların özünə məxsusdur. 

News24.Az-a açıqlama verən qardaşlar bugünkü əksər mahnıların plagiat olmasından danışıblar. Onların fikrincə bir çox bəstəkarlar başqa mahnılardan bəhrələnərək, onları özününküləşdirirlər. Qardaşların fikrincə onlar sözün düzünü dedikcə bəziləri düşünür ki, bilərəkdən qalmaqal edib, gündəmə gəlmək istəyirlər. Amma israr edirlər ki, məqsədləri qalmaqal etmək yox, düzünü deməkdir. 
Toğrul bu gün trendə düşən əksər mahnılardan utanc hissi keçirdiyini dilə gətirib. Onun fikrincə iyrənc adlandırdığı o cür mahnılar musiqimiz üçün yalnış təbliğatdır. Başqa millətlərin Azərbaycan musiqisi haqda yalnış-mənfi təəssüratda olmasının əleyhinədir. 
Qardaşlar müğənni Şəbnəm Tovuzlu haqda da fikirlərini bölüşüblər. Onların fikrincə həmkarları son vaxtlar oxuduğu mahnılarla bayağılıqdan kənarlaşıb. İddia edirlər ki, müğənninin ifa etdiyi sözü və musiqisi qardaşlara aid "Qadasın alaram" mahnısını ona uğur gətirib.

Qeyd edək ki, Şəbnəm T. sözügedən mahnı ilə Türkiyədə məhşurlaşıb. 

Azər NƏSİBOV