Şəbnəm Tovuzlu “Baldı balam” DEDİ - VİDEO
    • 8-05-2021, 20:54
    • 803

Şəbnəm Tovuzlu “Baldı balam” DEDİ - VİDEO

Müğənni Şəbnəm Tovuzlu “Baldı balam” adlı mahnısına çəkilən klipini təqdim edib. 

News24.az xəbər verir ki, müğənni yeni mahnısının seviləcəyinə inandığını deyib: “Mahnını Tural mənə təqdim etdi, ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Düşündüm ki,sevənlərimə bayram qabağı sürpriz olsun. İnanıram ki, tamaşaçıların da ürəyincə olacaq”. 

Qeyd edək ki, sözləri və musiqisi Tural Sedalıya məxsus bəstəni İsmayıl Əlizadə aranjeman edib. Mahnıya rejissor Xəyal Murtuzov ekran həyatı verib.