"Mübariz İbrahimovun anasının ölüm xəbəri yalandır" - AÇIQLAMA
    • 12-11-2018, 15:16
    • 1 896

"Mübariz İbrahimovun anasının ölüm xəbəri yalandır" - AÇIQLAMA

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anasının vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Məlumatı sosial şəbəkə istifadəçiləri yayıb.

Biləsuvar rayon İcra Hakimiyyətindən isə bildirilib ki, yayılan məlumatlar yalandır: "Bu xəbəri kim yayıbsa, bilmirik. Tamnamilə yanlışdır. Şamama xanım lap yaxşıdır".

//Open.az