Daşkəsəndə mal-qara oğruları saxlanıldı - FOTO
    • 5-08-2021, 17:30
    • 925

Daşkəsəndə mal-qara oğruları saxlanıldı - FOTO

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin iyul-avqist ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 3000 manat olan 4 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Həsən Orucov, Daşkəsən rayon sakini Orxan Paşayev və əvvəllər məhkum olunmuş Samux rayon sakini İlkin Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, ilkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.