Goranboyda toyda karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olundu
    • 6-08-2021, 11:01
    • 266

Goranboyda toyda karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olundu

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qaradağlı və Qazanbulaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.