Gəlini Xalq artistinin qohumu imiş - VİDEO
    • 6-05-2024, 18:55
    • 1 583

Gəlini Xalq artistinin qohumu imiş - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli Xalq artisti Zabit Nəbizadə ilə qohum olduğunu ilk dəfə açıqlayıb. 

News24.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi "Maqazin plyus" verilişinə müsahibəsində deyib. 

Mətanət bildirib ki, oğlu Kərimi Z.Nəbizadənin qohumu olan xanımla evləndirib: 

"Mənim təzə gəlinim Zabit qardaşımın anasının dayısı nəvəsidir. Gediş - gəlişimiz var. Bəs qohum necə olur...". 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim birinci həyat yoldaşı Cananadan illər əvvəl qalmaqallı şəkildə boşanıb. Cültüyün bu nikahdan 3 övladı var. İkinci dəfə evlənən Kərimin isə bu evlilikdən bir övladı dünyaya gəlib.