Peyvənd olunanların sayı açıqlandı
    • 8-08-2021, 20:00
    • 642

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47475 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16503 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5418243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3160484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2257759 təşkil edir.