Aygün Kazımovadan sevənlərinə hədiyyə - VİDEO
    • 9-08-2021, 10:16
    • 628

Aygün Kazımovadan sevənlərinə hədiyyə - VİDEO

Xalq artisti Aygün Kazımova "Dənizin ortasında" adlı yeni mahnısını sevənlərinə təqdim edib.

News24.az xəbər verir ki, mahnının musiqisi Pərviz Mahmudov, sözləri Nadoya, aranjimanı isə Rəşad Bağırova məxsusdur. İfaçının yay ab-havalı ifası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb, izləyicilər mahnıya çox saylı videolar çəkərək paylaşıblar.

Kazımova bildirib ki, yay olsa da yeni mahnılar üzərində çalışmağa davam edir.