Azərbaycan Ordusunun zabiti təlim zamanı həlak oldu
    • 9-08-2021, 14:10
    • 452

Azərbaycan Ordusunun zabiti təlim zamanı həlak oldu

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.