Azərbaycanlı model və müğənni birgə Amerikada filmə çəkildilər - FOTO -  VİDEO
    • 13-12-2018, 17:35
    • 2 499

Azərbaycanlı model və müğənni birgə Amerikada filmə çəkildilər - FOTO - VİDEO

Amerikada yaşayan əslən Azərbaycanlı məşhur model Stefano Suaros bu dəfə özünü film sektorunda sınamaq qərarına gəlib.

Belə ki o, New York Film Akademyasının və sahibi olduğu S&D Productionla birgə film çəklişlərinə start verib.

Black Fate (Qara Taleh) adlı film dram janrındadır. Uşaq yaşlarında anasını itirən və atası tərəfindən zorakılıqlara məruz qalan azyaşlı uşağın faciəvi həyatından bəhs edən filmin ssenarisi də həmyerlimizin özünə məxsusdur.

Real həyatda baş verən hadisəni qələmə alan Stefano Suaros ekran işini ərsəyə gətirmək üçün dəvət olunan aktyorların sırasında iki ildən çoxdur Amerikada yaşayan müğənni İlhamə Qasımova da var. Baş rollardan birini də model özü canlandıracaq. Hazırda çəklişləri davam edən filmin 2019-cu ilin əvvəllərində təqdim olunması nəzərdə tutulub.

Məşhur model açıqlamasında əlavə edib ki "Hazırda tamaşaçıların düşündürücü, təsirləndirici mövzulara ehtiyacı var. Ona görə də fikirləşirəm bu film insanların, özəlliklədə valideyinlərin daha çox marağına səbəb olacaq".

Black Fate (Qara Taleh) filminin treylerini yayımlayırıq: