50 ildir evli olan cütlük eyni gündə koronavirusdan vəfat etdilər
    • 10-08-2021, 09:53
    • 329

50 ildir evli olan cütlük eyni gündə koronavirusdan vəfat etdilər

50 ildən artıq ailəli olan britaniyalı cütlük koronavirusdan eyni gündə vəfat ediblər.

News24.az "The Sun"a istinadən xəbər verir ki, cütlük eyni gündə koronavirusa yoluxub və xəstəxanada bir palata müalicə alıblar. 

Qadın həyat yoldaşının əzab çəkərək vəfat etdiyini görüb və müalicəsini davam etdirmək istəməyib. 12 saat sonra isə qadın da koronavirusdan dünyasını dəyişib. 

Cütlüyün yaxınları onların koronavirusa harada yoluxduqlarını dəqiq bilmədiklərini, ancaq vəziyyətlərinin bir neçə gün ərzində ağırlaşdığını vurğulayıblar.