Bakı metrosunda qadın qatar yoluna düşdü
    • 10-08-2021, 13:22
    • 382

Bakı metrosunda qadın qatar yoluna düşdü

Bu gün saat 12:51-də "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.

Bu barədə News24.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti dayanıb və aidiyyəti üzrə məlumat verib. Bundan sonra yola elektrik gərginliyinin verilməsi dayandırılıb, sərnişin qatar yolundan çıxarılıb.