Anası başqasıyla evləndi, ata isə onlardan imtina etdi
    • 11-08-2021, 16:33
    • 500

Anası başqasıyla evləndi, ata isə onlardan imtina etdi

Azərbaycanda daha iki uşaq sığınacağa yerləşdirilib. 

News24.az xəbər verir ki bu barədə "Təmiz Dünya” İctimai Birliyinin "Facebook" hesabında məlumat verilib.

Bildirilib ki, valideynləri ayrılan azyaşlılar bir müddət anaları ilə yaşayıblar. Daha sonra qadın başqa biri ilə evləndiyi üçün uşaqları baxımsız qoyub. Ataları isə onlardan imtina edib: " Ana və ataları ayrıldıqdan sonra uşaqlar ananın yanında qalıblar. Ana başqa biri ilə ailə həyatı qurduqdan sonra uşaqları baxımsız qoyub. Sığınacağa gətirilən 2 bacının ataları ilə əlaqə saxlasaqda, uşaqları istəmədiyini bildirdi".