-
- 6-08-2021, 16:38
- 466
Sığınacağa yerləşdirilən azyaşlı atasının çarəsizliyinə hönkür-hönkür ağladı- FOTO
Bakıda ata övladlarını sığınacağa yerləşdirib.
News24.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” İctimai Birliyinin "Facebook" hesabında məlumat verilib.
Bildirilib ki, azyaşlıları anası tərk edib gedib, ata isə xəstəlikdən əziyyət çəkdiyi üçün övladlarına baxa bilmir. Bu səbəbdən də onları sığınacağa vermək məcburiyyətində qalıb: "Bu dəfə ata çıxılmaz vəziyyətdə qalıb. Həyat yoldaşı uşaqları və onu tərk edib gedəndən çox əziyyətlə övladlarına baxıb. Ata az öncə övladlarını sığınacağa gətirdi. O, övladlarına qarın dolusu yemək verə bilmədiyindən, onların təhsillərinin yarımçıq qalmasından əziyyət çəkdiyi xəstəliyinə görə artıq onlara baxa bilmədiyindən uşaqları sığınacağa vermək qərarına gəlib. Artıq uşaqlar sığınacaqda qalacaq. Bizi ən çox kövrəldən isə ata övladlarının yanında bu sözləri deyəndə böyük oğlunun hönkür-hönkür ağlaması oldu..."