Dünya ölkələri karbon qazını azaltmasa, QLOBAL FƏLAKƏT OLACAQ – Rafiq Verdiyev
    • 11-08-2021, 17:49
    • 1 002

Dünya ölkələri karbon qazını azaltmasa, QLOBAL FƏLAKƏT OLACAQ – Rafiq Verdiyev

“Dünya ölkələri həyəcan təbili çalınmadan 2015-ci ildə imzalanan Tarif sazişinə əməl etməlidir”.

Bunu News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

O bildirib ki, son 30 ildə temperatur qlobal miqyasda orta hesabla 1,3-1,4 dərəcə artıb: “Əvvəllər havanın temperaturu 38-39 dərəcə olurdusa, indi 40 dərəcəni keçir. Bu, temperatur anomaliyasıdır. Yaxın 50-60 ildə dünya ölkələri 2015-ci ildə imzalanan Tarif sazişinə əməl etməsələr, temperatur daha da yüksələcək. Xüsusilə, sənaye ölkələri karbon qazını azaltmasalar, qlobal fəlakət baş verəcək”. 

Ekoloq qeyd edib ki, temperaturun artması su resurslarına, quraq ərazilərə, kənd təsərrüfatı sahələrinə və s. mənfi təsir göstərir: “Su ehtiyatlarımız 10-15 faiz azalıb. Biz gələcəkdə qlobal istiləşməyə uyğunlaşma tədbirlərini də həyata keçirməliyik. Sudan qənaətlə istifadə, alternativ su mənbələrindən yararlanmaq, suyun təmizlənməsi, təkrar istehlakı, kənd təsərrüfatında isti iqlimə uyğun bitki növlərinin seçilməsi kimi nüanslar diqqətə alınmalı və praktiki addımlar atılmalıdır”.