Tovuzda da dağlıq ərazi yanır
    • 12-08-2021, 11:56
    • 244

Tovuzda da dağlıq ərazi yanır

Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.  

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   

Qeyd olunur ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

İlkin məlumata əsasən, təqribən 2 ha sahədə kol-kos yanır.

FHN-dən bildirilir ki, əlavə məlumat veriləcək.