Rusiya-Azərbaycan sərhədində nadir şahin quşları saxlanılıb
    • 13-11-2018, 15:15
    • 2 488

Rusiya-Azərbaycan sərhədində nadir şahin quşları saxlanılıb

Rusiyadan Azərbaycana gizli yolla gətirilən 3 ədəd nadir şahin quşu iki ölkənin sərhədində saxlanılıb. 

Bu fakt Dağıstan MR-nın Məhərrəmkənd sərhəd-keçid məntəqəsində həyata keçirilən gömrük nəzarəti zamanı üzə çıxıb. 
Quşlar qonşu ölkəni tərk edən avtomobilin gizli saxlanc yerində olub və onlar barədə gömrük bəyannaməsində məlumat qeyd edilməyib. 

Fakt üzrə Rusiyanın Cinayət Məcəlləsinin “Xüsusi qiymətli vəhşi heyvanların qaçaqmalı” maddəsi üzrə cinayət işi açılıb. 

//Report