Avtomobildə 13 kilo balıq kürüsü və 700 ədəd siqaret keçirtmək istədi
    • 30-03-2019, 13:39
    • 1 003

Avtomobildə 13 kilo balıq kürüsü və 700 ədəd siqaret keçirtmək istədi

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsi saxlanılıb və rentgen qurğusu vasitəsilə avtomobilə gömrük baxışı keçirilib.

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, baxış zamanı şübhəli məqamlar müəyyən edildiyindən təkrar gömrük yoxlaması aparılıb və nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanan gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, qabları ilə birlikdə ümumi çəkisi 13800 qram olan 26 ədəd plastik qablarda qara rəngli dənəvari balıq kürüsü və 700 ədəd "Belomorkanal" markalı siqaretlər aşkar olunub.