Zaqatalada güclü külək bir sıra fəsadlar törətdi
    • 14-08-2021, 21:02
    • 322

Zaqatalada güclü külək bir sıra fəsadlar törətdi

Axşam saat 19 radələrindən başlayaraq Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb.

Rayon mərkəzində və Yuxarı Tala, Aşağı Tala, Muxax, Car kəndlərində güclü küləklə müşahidə olunan qısa müddətli leysan yağışı yağıb, bəzi ərazilərə dolu düşüb.

Kəndlərdə ağaclar qırılıb, elektrik naqilləri aşıb, bır sıra evlərin və yardımçı tikililərin dam örtüyü yararsız hala düşüb. Rayon mərkəzinin bəzi ərazilərinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Fövqəladə hallar komissiyasının və müvafiq qurumların nümayəndələri baş verən fəsadların aradan qaldırılması istiqamətində iş görürlər.

Hazırda rayonda güclü külək müşahidə olunmasa da, qeyri-sabit hava şəraiti davam edir. /APA/