İsmayıllıda 5 otaqlı ev yandı
    • 15-08-2021, 10:12
    • 336

İsmayıllıda 5 otaqlı ev yandı

İsmayıllı rayonunda yanğın baş verib.

News24.az Fövqəladə Hallar nazirliyinin saytına istinadla bildirir ki, İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 120 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılan 25 ton ot bağlaması və yaxınlıqda həyətyanı sahədə 10 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.