Bərdə və Zaqatalada yanğın
    • 8-07-2020, 09:23
    • 832

Bərdə və Zaqatalada yanğın

Bərdə rayonunun Gərənə kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 156 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;