Azərbaycanda daha bir ev YANDI
    • 17-05-2020, 11:13
    • 700

Azərbaycanda daha bir ev YANDI

Lerik rayonunun Əvilə kəndində yanğın hadisəsi qeydə alınıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan evə bitişik, ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət talvar deformasiyaya uğrayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.