-
- 20-11-2018, 14:14
- 1 002
Səudiyyə vəliəhdi jurnalistin qətlindən sonra ilk dəfə xaricə səfər edəcək
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ilk dəfə xarici ölkəyə rəsmi səfər edəcək.
Bunu Krallığın energetika naziri Xalid Əbdüləziz əl-Falih bildirib.
Onun sözlərinə görə, vəliəhd noyabrın 30-dan dekabrın 2-dək Argetinda keçiriləcək “G-20”liyin zirvə toplantısına qatılacaq. Nazir Məhəmməd bin Salmanın Argentinadan başqa daha hansı ölkələrə gedəcəyi ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı öldürülüb.
//Report