Azərbaycanda bir ailənin 5 üzvü yanaşı DƏFN EDİLDİ– ÜRƏK DAĞLAYAN HADİSƏ
    • 5-05-2020, 19:26
    • 1 317

Azərbaycanda bir ailənin 5 üzvü yanaşı DƏFN EDİLDİ– ÜRƏK DAĞLAYAN HADİSƏ

Dünən Kürdəmirdə baş verən ağır qəzada dünyasını dəyişənlər dəfn edilib.

Bu haqda News24.az-ın bölgə müxbiri məlumat verib. 

Xatırladaq ki, dünən gecə saat 06.00 radələrində İmişli şəhəri ərazisində 2 yük maşınının toqquşması nəticəsində həyatını itirən Yalavaz kənd sakini Camal Kərimovun dəfninə qatılmağa tələsən qardaş-bacılar da qəzada dünyasını dəyişib.

Qeyd edək ki, Camal Kərimov Yaavac kəndində yaşasa da, əslən rayonun Ağamalılar kəndindən olub və onun cənazəsi dəfn edilmək üçün doğma kəndinə gətirilib. Hadisədən xəbər tutan mərhumun qardaşı 1966-cı il təvəlüdlü Abbas Kərimov “Mercedes” maşını ilə 3 bacısını, yeniyetmə oğlunu və daha 2 yaxın qohumunu götürərək rayona yola düşüb. İmişliyə çatmağa təxminən 20 kilometr qalmış A.Kərimovun idarə etdiyi avtomobillə Kürdəmir rayon Muradxan kənd sakini 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.
Hadisə zamanı A.Kərimovun bacıları 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, oğlu 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov, yaxın qohumu Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər. Həmçinin digər sərnişinləri, bacısı Reyhan Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, 9 yaşlı A.Hətəmova və 3 yaşlı Sabirsə hadisə yerində ölüb.

Daha sonra Kürdəmirdən 5 nəfərin cənazəsi İmişlinin Ağamalılar kəndinə, azyaşlı Sabirin nəşi isə Kürdəmirin Muradxan kəndinə aparılıb.

Vida mərasimindən sonra yük maşınlarının toqquşmasında ölən Camal Kərimov, həmçinin Kürdəmirdəki olayda ölən iki bacısı və qardaşı oğlu 12 yaşlı Qorxmaz Kərimov, həmçinin yaxın qohumları 9 yaşlı A.Hətəmova Ağamalılar kənd qəbiristanlığında yanaşı dəfn edilib. Bir ailədən 5 nəfərin eyni gündə yanaşı dəfn edilməsi hər kəsdə dərin sarsıntı yaradıb.

Onlarla eyni avtomobildə olan və həlak olan 12 yaşlı Ayin Natiq qızı Kərimova isə ailəsinin istəyi ilə ata kəndi olan İmişlinin Cəfərli kəndində dəfn edilib.

Kənd sakinlərinin bildirdiyinə görə, ailədən ilk vəfat edən Camal Kərimov özünə məxsus yük avtomobili ilə butulka alveri ilə məşğul olurmuş. Onun bacıları isə bir neçə il əvvəl Ağamalılar kəndindəki evi tərk edərək Bakıya köçüblər.

Bidirilib ki, Kürdəmirin Muraxdan kəndindən olan və dəhşətli qəzada 3 yaşlı övladını itirən Ceyhun Piriyev Bakıda elektrik işi ilə məşğul olur. Hadisə zamanı onun atasının adını daşıyan körpə oğlu vəfat edib və dünən doğma kəndində dəfn edilib.

Qeyd edək ki, İmişlidə və Kürdəmirdəki ardıcıl hadisələrdə ölən 3 bacı-qardaşın digər bacısı Reyhan Kərimovanın də vəziyyəti ağırdır. O, təcili yardım maşını ilə Bakıya gətirilib. Hadisənin səbəbləri araşdırılır.