Rusiya Əfqanıstandakı yeni hakimiyyəti tanıyacaq? - Açıqlama
    • 16-08-2021, 11:47
    • 300

Rusiya Əfqanıstandakı yeni hakimiyyəti tanıyacaq? - Açıqlama

"Rusiya Əfqanıstandakı yeni hakimiyyəti tanımağa və ya rədd etməyə tələsməyəcək. Bu, onların davranışlarından asılı olacaq".

News24.az xəbər verir ki, bu sözləri  Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov deyib. 

O bildirib ki, Rusiya "Talibanın" Əfqanıstanı yaxın gələcəkdə necə idarə edəcəklərinə diqqətlə baxacaqlar. Məhz bundan sonra nəticələrə əsasən Rusiya rəhbərliyi lazımi nəticələr çıxaracaq və qərar verəcək.